Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.06.2023 / Bölgə xəbərləri

Qax və İmişli rayonlarında Qurban bayramı ilə bağlı tədbir keçirilib

İyunun 25-də Qax rayon “Mərkəzi Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Qax RİH və Qax  rayon Qazılığının birgə təşkilatçılığı ilə Qurban bayramı ərəfəsində qarşıda duran vəzifələrə dair tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və İmişli rayonunda fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə  “Qurban bayramı öncəsi qarşıda duran vəzifələr” mövzusunda keçirilən tədbirdə isə DQİDK-nın şöbə müdiri Cavanşir Bəhrəmov, rayonda fəaliyyət göstərən din xadimləri, dini icma sədrləri və rayon ziyalıları iştirak ediblər. 

Çıxışlar zamanı Qurban bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə bağlılıq, mərhəmət və birlik rəmzi olması barədə məlumat verilib. Ardınca iyunun 22-də  QMİ Qazılar Şurasının Qurban bayramı ilə bağlı verdiyi fətva oxunaraq, Qurban bayramı öncəsi qarşıda duran vəzifələr barədə danışılıb, eyni zamanda məzhəb ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməz olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.