Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.01.2024 / Bölgə xəbərləri

Qax, Ucar və Zərdabda maarifləndirmə tədbirləri keçirilib

Qax, Ucar və Zərdab rayonlarında maarifləndirmə tədbirləri keçirilib.

 

Yanvarın 25-də Qax rayonunun Marsan kənd Ə.Abdullayev adına tam orta məktəbində “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, rayon Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov, müəllimlər və məktəblilər iştirak ediblər.

 

***

 

Yanvarın 25-də Ucar rayonu Qarabörk kənd məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə  DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, rayon Gənclər İdman İdarəsinin əməkdaşı Mirmehdi Heydərov, müəllimlər və şagirdlər  iştirak ediblər.

 

***

 

Daha bir tədbir Zərdabda baş tutub. “İntihar çıxış yolu deyil”  mövzusunda keçirilən maarifləndirmə tədbirinə DQİDK-nın bölgə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Sfərəliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəyalə Niftəliyeva, gənclər və məktəblilər qatılıblar.

 

Çıxışlarda  milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm rol oynadığı bildirilib. Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərdən bəhs olunub. Eyni zamanda intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb.

Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.