Qax rayonunda “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Qax Peşə Liseyi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, təşkilatçı qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini vurğulayıblar. Dini ekstremizmin fəsadlarını, gənclərin radikal meyillərdən qorunmasında həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.



