Qax, Qəbələ, Ucar və Ağdaşda maarifləndirmə tədbirləri keçirilib
Regionlarda müxtəlif mövzulara həsr olunmuş tədbirlər həyata keçirilməkdə davam edir.
Martın 14-də Ucar şəhər 3 saylı tam orta məktəbində "Gəncliyimiz və gələcəyimiz üçün ciddi təhlükə olan zərərli vərdişlər" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxışlarda ölkəmizdə ciddi təhlükə mənbəyi olan zərərli vərdişlərə qarşı mübarizə tədbirlərindən bəhs olunub. Bu istiqamətdə maarifləndirmə işinin vacibliyi qeyd olunub.
***
Martın 14-də Ağdaş Dövlət Humanitar Kollecində ölkəmizdə elan olunan "2024-cü il Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunan tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mövzu ilə bağlı çıxışlar edilib, sonda isə Kollecin bağçasında ağacəkmə aksiyası təşkil edilib.
***
Martın 14-də Qəbələ rayonunun İlham Abdulkərimov adına Nohurqışlaq kənd tam orta məktəbində “Gənclərimizi zərərli ideoloji təsirlərdən necə qoruyaq?” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İsmayılov, müəllim və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı respublikamızda DQİDK-nın digər müvafiq qurumlarla birgə həyata keçirdiyi maarifləndirmənin əhəmiyyətindən danışılıb.
***
Martın 14-də Qax rayonunun Qaşqaçay kənd tam orta məktəbində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, ictimaiyyət nümayəndələri, müəlimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında mühüm rola malik olduğu vurğulanıb.





