Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2025 / Bölgə xəbərləri

Qarabağ və Şərqi Zəngəzur bölgələrində fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qarabağ və Şərqi Zəngəzur bölgələrində fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə onlayn formatda “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və bu mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Dini məsələlərlə iş üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov, şöbənin məsləhətçisi Aslan Sultanov, Regionlarla iş şöbəsinin baş məsləhətçisi Ülvi Məmmədov, Komitənin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Əlizadə Nəcəfov, şöbənin əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində fəaliyyət istiqamətlərinin və hədəflərin müasir dövrün tələblərinə uyğun müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Natiqlər terrorçuluğun maliyyələşdirilməsi üçün zəminin yaranmasının qarşısının alınması və bu prosesdə dini qurumların rolu barədə ətraflı məlumat veriblər.
Eyni zamanda vurğulanıb ki, dini qurumlarla bağlı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mütəmadi təlimlərin keçirilməsi, onların hesabatlılığının və maliyyə şəffaflığının artırılması mühüm əhəmiyyət kəsb edir.