Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2024 / Bölgə xəbərləri

Pirallahıda din xadimləri və gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Noyabrın 5-də Pirallahı rayonu, Pirallahı qəsəbə məscidində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Arzu Abdullayev, Rəfail Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Elşən Quluzadə, qəsəbə məscidinin imamı Mübariz Rəhimov, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar və gənclər iştirak ediblər.

Çıxış edənlər qeyd edib ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qoruyub, əsrlərlə yaşadıb və inkişaf etdirib. Eyni zamanda bildirilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etməklə həm tarixi ədaləti bərpa edib, həm də öz torpaqlarının və taleyinin sahibi olduğunu sübuta yetirib.