Oğuzda "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib
Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki reginal bölməsinin təşkilatçılığı ilə Oğuz rayonu Yemişənli kənd tam orta məktəbində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Şəki reginal bölməsinin əməkdaşı Samir Salehov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük müharibədə respublikamızda yaşayan bütün xalqlar, etnik qruplar bir amal, bir məqsəd ətrafında sıx birləşdilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.