Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.08.2025 / Bölgə xəbərləri

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Avqustun 20-də Oğuz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsi və Oğuz Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər və dini dəyərlər: maarifləndirmə, kimlik və sosial məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Samir Salehov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Natiqlər gənclərin dini dəyərlərə düzgün yanaşmasının, milli-mənəvi kimliyin qorunmasının və sosial məsuliyyətin artırılmasının əhəmiyyətini vurğulayıblar. Eyni zamanda dini radikalizmə qarşı mübarizə, tolerantlıq ənənələrinin qorunub saxlanılması və gənclərin maarifləndirilməsi istiqamətində aparılan fəaliyyətlər barədə də məlumat verilib.
Tədbirin sonunda iştirakçılar bu cür maarifləndirici görüşlərin gənclər üçün faydalı və zəruri olduğunu qeyd ediblər.