Oğuzda maarifləndirmə tədbiri keçirilib
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Mərkəzi, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Seçim həmişə var: narkotik vasitələrə “Yox” deməyi bacar” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşı Samir Salehov, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Kərimov, Mədəniyyət Mərkəzinin direktoru Anar Hüseynov, Gənclər və İdman idarəsinin rəis müavini Şaiq Rüstəmov, həmçinin gənclər iştirak ediblər.
Çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanın məqsəd və amalı olmalıdır. Fərd olaraq ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır. Maarifləndirmə işi çox zaman cəmiyyət tərəfindən həyata keçirilməklə bərabər, cəmiyyətin özəyi olan ailə və məktəb səviyyəsində lazımi qaydada aparılmalıdır. Məktəblərdə təbliğat məsələlərinə nəzarət edilməli, asudə vaxtın faydalı şəkildə təşkili ilə bərabər, gənclərin düzgün formalaşması üçün lazım olan kompleks tədbirlər həyata keçirilməlir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


