Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.08.2023 / Bölgə xəbərləri

Oğuzda Azərbaycan və yəhudi xalqlarının dostluğuna həsr olunmuş tədbir keçirilib

Avqustun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon İcra Hakimiyyəti (RIH) və Oğuz şəhər Yəhudi dini icmasının birgə təşkilatçılığı ilə Azərbaycan və yəhudi xalqlarının dostluğuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə
 DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev, icmanın nümayəndələri və ziyalılar iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. O da vurğulanıb ki, azərbaycanlılar və yəhudilər əsrlər boyu sülh və dostluq şəraitində yaşayıblar. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yəhudilər də mətanətlə döyüşüblər.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.