Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.03.2024 / Bölgə xəbərləri

Oğuz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə kampaniyası təşkil olunub

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı bölgələrdə uğurla icra edilməkdədir.

Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşəbbüsü, Oğuz rayonunda fəaliyyət göstərən dini icmaların təşkilatçılığı ilə ağacəkmə kampaniyası təşkil olunub. Ağacəkmə kampaniyasında DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Samir Salehov, din xadimləri, həmçinin dini icma sədrləri iştirak ediblər.

Qeyd edək ki,  Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.