Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.03.2026 / Bölgə xəbərləri

Nizami rayonunda "Dini ekstremizm və dini radikalizm" mövzusunda tədbir keçirilib

Martın 3-də Nizami rayonu 32 nömrəli tam orta məktəbdə “Dini ekstremizm və dini radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Bəhman Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov, Fərid Novruzov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs olunub. Gənclərin düzgün dini maariflənməsinin və milli-mənəvi dəyərlərə bağlılığının əhəmiyyəti vurğulanıb.