Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.12.2024 / Bölgə xəbərləri

Neftçalada "Tolerantlıq–milli birlik və həmrəylik" mövzusu müzakirə olunub

Dekabrın 5-də Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Neftçala rayonu Bankə qəsəbəsi S.Vurğun adına 2 nömrəli tam orta məktəbində "Tolerantlıq–milli birlik və həmrəylik" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda respublikamızda tolerantlıq ənələlərinin, milli və dini birliyin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin keçirildiyi də vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.