Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2024 / Bölgə xəbərləri

Neftçalada maarifləndirmə tədbirləri keçirilib

Dekabrın 19-də Neftçala Peşə məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan-Salyan regional bölməsi və Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Gənclərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, Neftçala RİH-in nümayəndəsi Vasif Əliyev, Neftçala Peşə Məktəbinin direktoru Tariyel Yaqubov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov, gənclər və tələbələr iştirak ediblər.

***

Daha bir tədbir Neftçala şəhəri “Sahib əz-Zaman” məscidində "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, RİH-in nümayəndəsi Vasif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov, Neftçala şəhəri “Sahib əz-Zaman” məscidinin imamı Qorxmaz Paşayev, dini fəaliyyətlə məşğul olan qadınlar iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.