Neftçalada maarifləndirmə tədbiri keçirilib
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir.
Avqustun 26-da Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Komitənin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov və rayonunun din xadimləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfədən bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.