Naftalanda "Milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin rolu” mövzusu müzakirə olunub
Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə-Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naftalan şəhərində “Milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin əməkdaşı Əfqan Baxşəliyev, şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Natiqlər milli-mənəvi dəyərlərin təbliğində gənc nəslin rolundan da danışıblar.
Tədbir müzakirələrlə davam etdirilib.

