Naftalanda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, məktəbin direktoru Amil Ələsgərov və məktəblilər iştirak ediblər.
Çıxışlarda məktəblilərin dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dəyərlərimizə uyğun şəkildə tərbiyə edilməsi olduqca vacibdir.