Naftalanda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhər 1 saylı tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillərdən bəhs olunub. Gənclərimizin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissi ilə tərbiyə edilməsi vurğulanıb.

