Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2025 / Bölgə xəbərləri

Naftalanda maarifləndirmə tədbiri keçirilib

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Naftalan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Sülh və təhsil: cəmiyyəti formalaşdıran dəyərlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, ŞİH-nin əməkdaşları - Afət Mustafayeva, Şahmar Ədilov, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda tarixin müxtəlif mərhələlərində ağır sınaqlardan çıxmış müstəqil və suverən bir dövlət kimi formalaşan Azərbaycan Respublikasınada sülh və əmin-amanlığın mövcud olduğu bildirilib. Eyni zamanda qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi maarifləndirmə sahəsində böyük əhəmiyyətə
malikdir. 
Sonda iştirakçıların sualları cavablandırılıb.