Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.10.2022 / Bölgə xəbərləri

Naftalanda maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 6-ı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhər Peşə məktəbində “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, məktəbin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı radikalizm və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında ətraflı məlumat verilib. Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparılması, gənclərin radikal dini cərəyanların təsirindən qorunmasının vacibliyi, eyni zamanda dini radikalizmin fəsadları barədə söhbət açılıb.