Naftalan, Daşkəsən və Hacıqabulda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
Naftalan şəhəri, Daşkəsən və Hacıqabul rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
Fevralın 21-də Naftalanda “Dini radikalizmin, zərərli vərdişlərin mənfi təsirləri” mövzusu müzakirə olunub. Tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Şəhər İcra Hakimiyyəti, Polis Şöbəsi, şəhər Gənclər və İdman Sektorunun əməkdaşları, təhsil işçiləri və gənclər qatılıblar.
***
Fevralın 21-də Hacıqabulda “Dini radikalizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, din xadimləri və icma sədrləri iştirak ediblər.
***
Fevralın 21-də Daşkəsən rayonunu Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbində "Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, İcra Hakimiyyətinin nümayəndəsi Elmar Əliyev, müəlimlər, şagirdlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
Çıxışlarda qeyd edilib ki, dini radikalizmlə mübarizədə maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsiri altına düşmələrinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır. Dini radikal və ekstremist qrupların təbliğat və yayılma metodları haqqında məlumat verilib, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərin təbliğinin rolu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


