Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.11.2023 / Bölgə xəbərləri

Naftalan, Balakən və Şəkidə maarifləndirmə tədbirləri keçirilib

Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilir.

 

27.11.2023, Balakən rayonu:   “Məişət zorakılığı və gendər əsaslı zorakılıq ilə mübarizə” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

27.11.2023, Şəki şəhəri: Daha bir tədbir isə Şəki Mərkəzi Qız Quran Kursunda keçirilib. “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda baş tutan tədbirə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Məmmədhüseynova, mərkəzi “Cümə” məscidinin qadın dini ayinlərin icraçısı Rahilə Babayeva, müəllimlər və tələbələr iştirak ediblər.

 

27.11.2023, Naftalan şəhəri: “Dini radikalizmlə mübarizədə gənc nəslin rolu” mövzusunun müzakirəsinə isə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, gənclər və ictimaiyyət nümayəndələri qatılıblar.

 

Çıxışlarda mövzuların əhəmiyyəti vurğulanıb. Maarifləndirmə istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti yüksək qiymətləndirilib. Sonda iştirakçıların sualları cavablandırılıb.