Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.11.2025 / Bölgə xəbərləri

“N” saylı hərbi hissədə “Bir bayraq altında həmrəylik və vətənpərvərlik” mövzusunda tədbir keçirilib

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsiBeyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Bir bayraq altında həmrəylik və vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri və imamı Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Tədbirdən öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildirib ki, Azərbaycanın üçrəngli bayrağı, milli müstəqilliyimizin və ərazi bütövlüyümüzün simvolu olaraq xalqımızın qürur mənbəyidir. Bu bayraq həm keçmişimizi, həm də gələcəyimizi ifadə edən bir işıq kimi, hər bir azərbaycanlının qəlbində dərin bir sevgi və bağlılıq hissi oyadır. Bayrağımızın yüksəlməsi, yalnız dövlətin simvolu olmaqla qalmır, həm də xalqımızın öz gücünə olan inamını və müstəqillik arzularını təcəssüm etdirir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.