Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.06.2026 / Bölgə xəbərləri

Müstəqillik Günü münasibətilə regionlarda tədbirlər keçirilib

28 May – Müstəqillik Günü münasibətilə respublikamızın müxtəlif regionlarında milli dövlətçilik tariximizin öyrənilməsi, milli-mənəvi dəyərlərin və dövlətçilik siyasətinin gənc nəslə aşılanması məqsədilə silsilə maarifləndirmə tədbirləri keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələrinin və aidiyyəti qurumların təşkilatçılığı ilə baş tutan tədbirlərdə müstəqillik ideallarının qorunması məsələləri diqqət mərkəzində olub.
Mayın 26-da DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsi və Gəncə şəhər “İmamzadə ziyarətgah” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “28 May: tarix, dəyərlər və milli iradə” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Tahir Abbasov və Anar Orucov, dini konfessiyaların rəhbərləri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Mayın 26-da Şəmkir Gənclər Evi Sosial Xidmət Müəssisəsində gənclərin iştirakı ilə “28 May: müstəqillik idealları və milli dövlətçiliyin təməli” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Səadət Babayeva, müəllimlər və məktəblilər iştirak ediblər.
Mayın 26-da daha bir tədbir Cəlilabad şəhər 9 saylı tam orta məktəbində “28 May: müstəqillik idealları və milli dövlətçiliyin təməli” mövzusunda baş tutub. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Cavidan Rəşidov və Həsən Hümbətov, Rayon Təhsil Sektorunun əməkdaşı Tacəddin Əli, Gənclər və İdman Sektorunun əməkdaşı Salamat Nəcəfov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin mühüm mərhələlərindən biridir. Qeyd olunub ki, müstəqillik ənənələrinin yaşadılması, dövlətçilik dəyərlərinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan dövlətçilik tarixindəki müstəsna rolundan danışılıb. Dövlətçilik ənənələrinin qorunmasının və müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.