Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.06.2023 / Bölgə xəbərləri

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Vətən və din müdafiəçisinin əxlaq kodeksi” mövzusu müzakirə edilib

İyunun 21-də Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Vətən və din müdafiəçisinin əxlaq kodeksi” mövzusunda tədbir baş tutub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Fərid Məmmədov, Mehman Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov, hərbi hissə komandirinin Qərargah rəisi Yusif Nağıyev, hərbi hissə komandirinin müavini Osmanbəy Rəcəbov, eləcə də şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı natiqlər tarixən xalqımız və dövlətimizin Vətən və din uğrunda apardıqları mübarizədən, mənəvi və dini dəyərlərimizin vətənpərvərlik ruhunun yüksəldiməsindəki əhəmiyyətindən bəhs ediblər. Vətənpərvərlik ruhun yüksəldilməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda DQİDK tərəfindən hazırlanan “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunub.