Mingəçevirdə“Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusu müzakirə olunub
Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhəri “Heydər” məscidində “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, din xadimləri və dindarlar iştirak ediblər.
Çıxışlarda dini ekstremizmin mahiyyətindən, yarada biləcəyi təhlükələrdən bəhs olunub. Dini radikalizmə qarşı mübarizədə dini qurumların rolu xüsusilə qeyd edilib. Həmçinin İranın ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, o cümlədən Tehrandakı səfirliyimizdə baş verən terror aktı qınanılıb. Bu cür hərəkətlərin İslam həmrəyliyinə zidd olduğu diqqətə çatdırılıb.

