Mingəçevirdə tədbir keçirilib
Oktyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Gənclər Evi sosial xidmət sahəsinin birgə təşkilatçılığı ilə Mingəçevirdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, "Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli kimi məsələlərdə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev, Mingəçevir bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Natiqlər mövzunun əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda ətraf mühitin qorunması və ekoloji problemlərin həlli kimi məsələlərdə dini icmaların rolundan danışılıb.
Tədbir müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



