Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.03.2025 / Bölgə xəbərləri

Mingəçevirdə “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib

Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Gənclər Evinin əməkdaşı Pənah Kərimov, “Heydər” məscidi dini icmasının sədri Qurban Vahidov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib. 

Çıxışlarda Ramazanın sülh, mərhəmət və mənəvi yenilənmə ayı, insanları bir-birinə daha da yaxınlaşdıran müqəddəs bir ay olduğu vurğulanıb. Dini azadlıqların milli-mənəvi dəyərlərimizin əsas prinsiplərindən biri olduğu qeyd edilib. 

Tədbir müzakirələrlə davam etdirilib.