Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə “Reproduktiv hüquqlar haqqında biliklərin vacibliyi: sağlam və şüurlu ailə” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Əlisa Fərəcov, kollecin müəllimləri və tələbələr iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən bəhs ediblər. Yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıblar.

