Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.11.2022 / Bölgə xəbərləri

Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yeganə Nəbiyeva, Mingəçevir Valideynlər Assosiasiyasının sədri Fərman Nəbiyev, şəhər “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov, psixoloq-pedaqoq Könül Məmmədova, kollecin müəllim və tələbə kollektivi iştirak edib.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunaraq qızların təhsil almasının vacibliyi qeyd edilib. 

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.