Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2025 / Bölgə xəbərləri

Mingəçevirdə ailə dəyərləri mövzusu müzakirə olunub

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə MDU-da “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının direktoru Ayaz İsmayılzadə, eləcə də müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda ailə institutunun cəmiyyət üçün əhəmiyyətindən, sağlam ailə münasibətlərinin formalaşdırılmasında milli-mənəvi dəyərlərin rolundan bəhs olunub. Natiqlər gənclərin düzgün istiqamətləndirilməsinin vacibliyini vurğulayaraq, ailənin tərbiyə prosesində əvəzolunmaz rol oynadığını qeyd ediblər. Bildirilib ki, ailə dəyərlərinin təbliği və gənclərin bu ruhda yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Tədbir müzakirələrlə davam edib.