Məhkumlarla dini maarifləndirmə mövzusunda görüşlər keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində mütəmadi olaraq tədbirlər təşkil olunur və maarifləndirmə işləri həyata keçirilir.
Dövlət Komitəsinin və Pentensiar Xidmətin əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsində,həmçinin Yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisədə saxlanılan qadın, yeniyetmə məhkumlarla görüşüblər.
“Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqları – bərabər imkanlar və sosial inteqrasiya” mövzusunda keçirilən tədbirlərdə bildirilib ki, hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən biridir. Bu məqsədlə uşaqların təhsilə, səhiyyəyə və sosial xidmətlərə bərabər çıxışının təmin olunması xüsusi önəm daşıdığı vurğulanıb.
Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

