Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.06.2025 / Bölgə xəbərləri

“Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nIn Mil-Muğan regional bölməsinin məsləhətçisi Elvin İbrahimov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Daha bir tədbir Suraxanı rayonunda baş tutub. Tədbirdə DQİDK-nın əməkdaşı Aqil Əlisoy, Suraxanı RİH başçısı Aparatının şöbə müdirinin müavini Araz Fərhadov, QMİ-nin bölgə qazısı Qurban Əliyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxış edənlər Məhərrəmlik mərasimlərinin tarixi köklərindən, dini simvolikasındanvə bu mərasimlərin qanunvericiliklə tənzimlənməsi məsələlərindən danışıblar. Din xadimlərinə müvafiq tövsiyələr verilib.