Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.02.2025 / Bölgə xəbərləri

Masallıda “Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib

Fevralın 5-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Masallı Rayon İcra Hakimiyyəti, Rəhim Tağıyev adına rayon Tarix-Diyarşünaslıq muzeyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayondakı Elşad Əhədov adına Təzə Alvadı kənd 1 saylı tam orta məktəbdə “Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, Masallı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, təşkilatçı qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edən natiqlər zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin əhəmiyyətindən söhbət açıblar. Zərərli vərdişlərə qarşı aparılan mübarizənin əsas istiqamətlərindən biri kimi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli şəkildə təşkil olunmasına xüsusi diqqət etmək tövsiyə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.