Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2024 / Bölgə xəbərləri

Masallıda "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayon qazılığının birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri vəzifəsini icra edən Elvin Hüseynli, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olması Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynayıb. Qeyd olunub ki, rəşadətli ordumuzun qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə ölkəmizin həyatında yeni mərhələnin əsası qoyulub.

Tədbir müzakirələrlə davam etdirilib.