Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.09.2023 / Bölgə xəbərləri

Masallıda “Sülh və birgəyaşayışın əsas şərtləri” müzakirə edilib

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cənub Regional Mərkəzi və Masallı rayonu R.Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı rayonu R.Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran - Astara regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev və gənclər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan dövləti sülh və sabitliyin qorunmasında lazım olan bütün zəruri işləri görür. Ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri arasında mehriban dostluq və qardaşlıq münasibətləri hökm sürür, dini və milli mənsubiyyətinə görə fərq qoyulmadan hamı bir ideya ətrafında birləşməyi bacarır. Həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi qələbə sayəsində regionda davamlı sülhün bərqərar olması diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.