Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.02.2025 / Bölgə xəbərləri

Masallıda “Ramazan ayının fəzilətləri” mövzusunda tədbir keçirilib

Fevralın 28-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Masallı Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayon üzrə qazılığının birgə təşkilatçılığı ilə Masallı şəhəri “İmam Hüseyn” məscidində  “Ramazan ayının  fəzilətləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, Masallı RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildirib ki, Ramazan ayında milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində, eləcə də dini radikalizm, ekstremizm, məzhəbçilik və xurafat meyilləri ilə mübarizədə daha fəal olmalıdırlar. Eyni zamanda Ramazan ayının gəlişi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub,  QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı müraciəti və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb, din xadimlərinin fikirləri dinlənilib.