Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.08.2023 / Bölgə xəbərləri

Masallıda “Müasir gənclik və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib

Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Masallı rayonu R.Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyində “Müsair gənclik və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, muzeyin direktoru Əntiqə Tağıyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyinin əməkdaşı Orxan Əliyev və gənclər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, ölkəmiz dünyada multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınır. Bildirilib ki, Azərbaycan bu gün çoxmillətli və çoxdinli bir ölkədir. Bu gün cəmiyyətimizdə bütün din mənsubları, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.

Sonda iştirakşıları maraqlandıran sulallar cavablandırılıb.