Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.10.2024 / Bölgə xəbərləri

Masallıda “Milli birlik və həmrəylik müstəqilliyimizin qarantıdır” mövzusu müzakirə olunub

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektoru və Rəhim Tağıyev adına Masallı rayonu Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Masallı rayonu Tarix-Diyarşünaslıq Muzeyində “Milli birlik və həmrəylik müstəqilliyimizin qarantıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri vəzifəsini icra edən Elvin Hüseynli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Sabiq Cahangirov, din xadimləri, mədəniyyət işçiləri, eləcə də gənclər iştirak ediblər.

Natiqlər vurğulayıblar ki, milli birliyə nail olmayan xalqın müstəqil, azad yaşamaq imkanı da yoxdur. Milli birlik milli mənlik şüurunun dərkindən başlayır. Vurğulanıb ki, bu gün - qloballaşan dünyada ayrı-ayrı dövlətlərin və xalqların bir-birinə sıx yaxınlaşdığı bir vaxtda milli özünüdərkin əhəmiyyəti daha aydın görünür. Azərbaycan xalqı da tarixən öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apararaq ötən əsrin əvvəllərində və sonunda bu arzusunu həyata keçirmiş, müstəqil dövlətçiliyini bərpa etmişdir.

Tədbir müzakirələrlə davam etdirilib.