Masallıda “Mənəvi dəyərlər və mütaliə” mövzusunda tədbir keçirilib
İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi və Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər və mütaliə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşları Ayıq Səmədov və Pərvin İmanov, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Günay Xəlilova və Rasif Dadaşov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın bütün dövrlərdə milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramla yanaşan bir məkan kimi tanındığı, bu torpaqlarda əsrlər boyu birgəyaşayış və dözümlülük ənənələrinin hökm sürdüyü vurğulanıb. Bildirilib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində mütaliənin mühüm rolu var.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


