Masallıda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Gənclər və İdman İdarəsi, Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhəri İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbində "Gələcəyimizi birgə düşünək- narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, Polis Şöbəsinin əməkdaşı Samid Əliyev, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığı qeyd edilib. Yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölüm"ə qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin rayonda mütəmadi xarakter daşıdığı vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.



