Masallıda maarifləndirmə tədbiri keçirilib
Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Masallı Rayon Dövlət Regional Kolleci, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Masallı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Bəşəriyyətin faciəsi: Ağ ölümlə birlikdə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, təşkilatçı qurumların əməkdaşları, müəllimlər, tələbələr və gənclər iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını,cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıblar. Narkomaniyaya qarşı ümummilli mübarizə aparmağın vacibliyini bildiriblər.



