Masallıda "İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədi kimi" mövzusunda tədbir təşkil edilib
İyunun 4-də “İnsan hüquqları aylığı” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayon sektoru və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Masallı Rayon “Gənclər Evi”ndə Masallı Rayon Dövlət Regional Kollecin dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədi kimi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayon sektorunun müdiri Sabiq Cahangirov, Masallı Rayon “Gənclər Evi”nin direktoru Fuad Mənsimov, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, Masallı Rayon Dövlət Regional Kollecinin müəllim və kollecin tələbələri iştirak ediblər.
Çıxış edənlər vurğulayıblar ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında və gərgin əməyi nəticəsində hazırlanmış, ümumxalq referendumu yolu ilə qəbul edilmiş Konstitusiya öz humanistliyi və demokratikliyi ilə seçilərək hər bir vətəndaş üçün həyat normasına çevrilib. Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğunun prinsip və istiqamətlərini müəyyənləşdirib, vətəndaşların əsas hüquq və azadlıqlarını təsbit edib, onların təmin edilməsini dövlətimizin ali məqsədi kimi qarşıya qoyub.
Sonda iştirakçıların sualları cavablandırılıb.



