Masallıda “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib
İyunun 2-də Masallı rayonu Bəxtiyar Şiriyev adına Mollaoba kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Tarix-diyarşünaslıq muzeyinin rəhbəri Əntiqə Tağıyeva, məktəbin direktoru Dilşad Məhərrəmova, müəllim və şagirdlər iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında dini radikalizmin yaranma səbəblərindən, törətdiyi fəsadlardan söhbət açıb. Şöbə müdiri bu işdə təhsil müəssisələrinin də üzərinə məsuliyyətin düşdüyünü vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

