Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2024 / Bölgə xəbərləri

Masallıda din xadimlərinin hesabatları dinlənilib

Yanvarın 25-də Masallı rayonunda din xadimlərinin 2023-cü ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Elvin Hüseynli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Din xadimlərinin, eləcə də dini icma sədrlərinin ötən ilin yekunlarına dair hesabatı dinlənilib. 2024-cü ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 

Tədbir müzakirələrlə davam edib.