Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.10.2024 / Bölgə xəbərləri

Masallıda “Ailə mənəvi dəyərlərimizin daşıyıcısıdır” mövzusunda tədbir keçirilib

Oktyabrın 9-da Masallı rayonunun Boradigah qəsəbəsi İnqilab Nağıyev adına 2 saylı tam orta məktəbində “Ailə mənəvi dəyərlərimizin daşıyıcısıdır” mövzusu müzakirə olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri vəzifəsini icra edən Elvin Hüseynli, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, Rəhim Tağıyev adına Masallı rayonu Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qiymətləndirərək ailə ənənələrinə, milli-mənəvi dəyərlərimizə sədaqətin, uşaqların düzsgün tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Azərbaycan cəmiyyətində ailəyə verilən dəyərdən və ailə məsələləri ilə bağlı həssaslıqdan, ənənələrə sadiqlikdən, eyni zamanda yeni tendensiyalardan danışan natiqlər deyiblər ki, minillik azadlıq arzularını reallaşdıran xalqımızın Zəfərinin əsasında məhz möhkəm ailə dəyərləri dayanır. 

Ailə tərbiyəsinin hər bir uşaq və gənc üçün mühüm amillərdən olduğu diqqətə çatdırılıb və sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, bu istiqamətdə ölkəmizdə müvafiq tədbirlər görülür.