Maarifləndirmə tədbirləri davam etdirilir
Maarifləndirmə istiqamətində tədbirlər davam etdirilir.
05.12.2023, Samux rayonu: Lək kənd tam orta məktəbində "Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov və məktəblilər iştirak ediblər.
05.12.2023, Şirvan şəhəri: “Gender əsaslı zorakılıqla mübarizə kampaniyası” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Əsədova, həmçinin ictimaiyyət nümayəndələri qatılıblar.
06.12.2023, Sumqayıt şəhərində yerləşən Zəngilan rayonu 15 nömrəli tam orta məktəbində “Dini dözümlülük və birgəyaşayış mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nübar Quliyeva, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin aparıcı məsləhətçisi Təbib Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzular barədə ətraflı məlumat verilib. Gənclərlə və məktəblilərlə bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.


