Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2022 / Bölgə xəbərləri

Lerikdə "Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz" mövzusu müzakirə edilib

Sentyabrın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lerik rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.  

Lerik Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şLerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif millətlərin, dinlərin və məzhəblərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.