Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2024 / Bölgə xəbərləri

Lerikdə maarifləndirmə tədbiri təşkil olunub

Dekabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH), Lerik rayonu üzrə Təhsil sektoru və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” mövzusunda tədbir təşkil olunub.

Lerik Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Vüqar Şahbazov, Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının əməkdaşı Anar Rəhimov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəzri Səmədzadə, dini icma sədrləri, din xadimləri, müəllimlər  və şagirdlər iştirak ediblər.

Çıxışlarda qızların təhsil almasının önəmi vurğulanaraq dini mətnlərdə təhsilə verilən dəyərdən bəhs olunub. Qızların təhsil almasının cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə inkişafa nail olunması baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.