Lerikdə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusu müzakirə olunub
Noyabrın 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH), Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə Təhsil sektoru və Lerik rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.
Lerik şəhəri 1 saylı texniki fənlər təmayüllü məktəb-liseydə baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Şahbazov, Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının əməkdaşı Anar Rəhimov, Lerik rayonu üzrə Təhsil sektorunun müdiri Zöhrab Salayev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, liseyin direktoru Gültəkin Şıxəliyeva və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikahların cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb.

